AZEL Systems şirkəti Azərbaycan iqtisadiyyatı üçün innovasiya texnologiyalara həsr olunmuş konfrans


İyunun 29-da Bakıda “Fairmont” mehmanxanasında Azərbaycan iqtisadiyyatı üçün innovasiya texnologiyalarına həsr olunmuş konfrans keçirilib. Konfransın təşkilatçısı “AZEL Systems” şirkətidir. Tədbirin tərəfdaşları qismində innovativ həllərin istehsalı üzrə dünya liderləri olan “Bentley Systems” (ABŞ), “OpenText” (Kanada) və “Samsung Electronics” (Cənubi Koreya) şirkətləri çıxış edib. Konfransın əsas məqsədi BIM (Building Information Management) texnologiyaları və rəqəmsallaşdırma üzrə ən yeni innovativ həllərin təqdimatı və bu həllərin Azərbaycanda istifadəsinin müzakirəsi olub.


Tədbiri giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev konfransın işinə uğurlar arzulayıb.


Daha sonra “AZEL Systems” şirkətinin Baş direktoru İqor Yakovenko çıxış edib. O, “AZEL Systems” şirkətinin 2013-cü ildə yarandığını və hazırda Qafqaz regionunda layihələndirmə və tikintinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması sahəsi üzrə aparıcı sistem inteqratoru olduğunun deyib. Öz çıxışda o, qısa olaraq BIM texnologiyaların faydası, klassifikasiya metodları və tətbiq üsulları barədə söhbət açıb. İ.Yakovenko BIM texnologiyalarının tətbiqi zamanı lisenziyalı proqram təminatının istifadəsinin vacibliyini xüsusi vurğulayıb. Yalnız lisenziyalı proqram təminatı layihələndirmə zamanı modellərin dağılması riskini minimuma endirməyə və tikinti prosesini sürətləndirməyə imkan yaradır.


Tədbirdə çıxış edən “Bentley Systems” şirkətinin regional meneceri Oleq Xarçenko BIM texnologiyalarının sənaye sahəsində layihələndirmə və inşaatının müxtəlif mərhələlərində tətbiqi üzrə öz təcrübəsindən danışıb. Bu şirkətin texnologiyalarının Azərbaycanda, xüsusən də neft-qaz sektoru üçün su üstü platformalar və dərin özüllərin inşası üzrə layihələrdə uğurlu istifadəsindən bəhs edilib.


“OpenText” şirkətinin texniki mütəxəssisi Alexander Tsimoxa isə öz çıxışında təmsil etdiyi şirkətin mühəndislik layihələri zamanı sənədləşdirmə idarə edilməsi üçün təklif etdiyi həllərdən söhbət açıb. İştirakçılara xarici ölkələrdə innovativ “OpenText” həllərindən uğurlu istifadə nümunələri barədə məlumat verilib. Oxşar texnologiyaların Azərbaycanda tətbiqinin perspektivləri müzakirə olunub.


Ayrıca olaraq konfrans zamanı iştirakçılara “Samsung Electronics” şirkətinin nümayəndələri tərəfindən mobil cihazların təhlükəsizliyinin idarəsi üçün innovativ “KNOX” həlli barədə məlumat verilib və interaktiv “Flip2” lövhəsi nümayiş etdirilib.


Konfrans iştirakçıları bütün təqdimatlara böyük maraqla dinləyib və qərara gəliblər ki, BIM texnologiyalar kimi innovativ həllərin tətbiqi Azərbaycan üçün vacib məqsəddir və bu proses yalnız lisenziyalı proqram təminatının istifadəsi ilə həyata keçirilməlidir.


Konfransın sonunda şam yeməyi verilib.

Featured Posts
Recent Posts